Onlar qadınların ağlını başından alırlar – Ən yaraşıqlı kişilərin BÜRCLƏRİ
14-02-2023, 00:31

Bəzi kişilər girdikləri mühitlərdə yaraşığı, xarizması, davranışı və ya alicənablığı ilə diqqət çəkirlər. Onların qadınların diqqətini çəkmək üçün xüsusi nəsə etməsinə gərək yoxdur. Çünki yuxarıda sadalanan xüsusiyyətləri ilə onlar xanımların könlünü fəth etməyi bacarırlar.Astrologiyaya görə belə kişilər ən çox 4 bürc altında dünyaya gəlirlər.

AZİNFORM.AZ qadınların ağlını başından alan yaraşıqlı kişilərin bürclərini təqdim edir:

ŞİR

Şir bürcü kişisi fitri xarizmaya və yaraşığa malikdir. Duruşları və baxışları Şirləri dərhal digərlərindən fərqləndirir. Şir bürcü altında doğulan kişilərin sosial və ünsiyyətcil olmaları onları daha da cazibədar edir.

Bu kişilər adətən eqosu və güclü şəxsiyyəti ilə qadınları heyran edir. Bu xüsusiyyətləri onların yaraşıqlı görünməsinə səbəb olur.

BUĞA

Buğa bürcündən olan kişilər adətən sadiq və dürüst olurlar. Həmişə necə davranacaqlarını bilirlər. Buğa bürcü kişiləri məsafəli olmaları və ləyaqətli hərəkətləri ilə qadınları cəzb edirlər.

Görünüşcə əzələli və uca boylu olan Buğalar həm də romantikdir. Bu da onları yaraşıqlı göstərən cəhətlərdəndir.

TƏRƏZİ

Tərəzi bürcü kişiləri həmişə yaraşıqlı və baxımlıdır. Onlar bir mühitə girəndə ahəngdar geyimləri və ecazkar ətirləri ilə dərhal diqqəti çəkirlər.

Tərəzi kişiləri də çox incə davranış nümayiş etdirirlər. Romantikdirlər və gözlənilməz anlarda sürprizlər edirlər. Özünü sevdiyi insana həsr edən Tərəzi kişiləri astrologiyanın ən yaraşıqlı kişiləri arasındadır.

ƏQRƏB

Sirr, cazibədarlıq və ehtiras… Əqrəb kişisinin bu 3 dəyişməz xüsusiyyəti onları fərqləndirir.

Əqrəb bürcü kişiləri soyuqqanlılıqları ilə bütün nəzərləri özünə çəkir. Məsafəli görünən Əqrəb kişisi qüsursuz yumor hissinə də malikdir.

Əqrəb kişilərinin baxışları çox mənalıdır. Sadəcə bir baxışla qadınları hipnoz edə bilərlər. Əqrəb kişisinin xarizmasına heç kim müqavimət göstərə bilməz.





up