Efirdən uzaq düşən azərbaycanlı aparıcı çətin günlər keçirir - Uzun müddətdir ki... - FOTO
10-11-2023, 15:08

Uzun müddətdir efirlərdən uzaq düşən aparıcı Seva Camalova bir neçə müddətdir ki sosial şəbəkələrdən də kənarda qalıb.

AZİNFORM.AZ bildirir ki, o sosial şəbəkələrdən uzaq qalmasını depressiyaya düşməsi ilə əlaqələndirib.

"Çox sıxılıram. Artıq uzun müddətdir ki, bu depressiyadan çıxa bilmirəm. Ona görə də nə yeni rəsmlər, nə də yeni fotolar var", - o qeyd edib.

Qeyd edək ki, S.Camalova 2015-ci ilin dekabrında ana olub. O, ATV və "Space" telekanalında çalışıb.  /milli.az/






up