“Özünü ATV-də kanal rəhbəri kimi aparır” - Anar Nanəni BİABIR ETDİ
26-11-2022, 20:02

"Hər bir insanın "maska"sını cırıb atmaq lazımdır. Onda böyük dərs olur. Nanə Ağamalıyeva bu sahəyə gələndə mən artıq Anar idim. Özü də bunu etiraf edir. Bizim sıx dostluğumuz başladı.

Şou-biznesdə iki-üç ən yaxın dostum vardısa, onlardan biri Nanə idi. Nanə bərbad görünməklə sabahlar tamaşaçının zövqünü körlayır. Vacibdir səhər bu qırmızı dodaq boyasını çəkmək, saçı "naços" edib, yuxarı hissəsinə həcm vermək və ziyafət libasında sabah efirə çıxmaq? Axı sən illərin aparıcısısan. Nanə zövqsüzlüyün pik həddidir. Bildiyiniz "bozbaşxana" və "palatka toyu"dur".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev qonaq olduğu "YouTube"da yayımlanan "Astar" layihəsində deyib.

Anar aylar əvvəl ATV kanalında stilist olaraq çalışdığı zaman qalmaqal yaşadığı aparıcı Nanə Ağamalıyevadan söz açıb.

Stilist bildirib ki, Nanə özünü ATV-də kanalın rəhbəri kimi aparır:

"Mənə ATV-dən əməkdaşlıqla bağlı təklif gəldi. Öncədən onlara bir sıra aparıcıların adlarını çəkdim, hansı ki orada Nanə Ağamalıyevanın da adı vardı. Söylədim ki, digər aparıcılar və Nanə çətin xarakterlidirlər. Mənim əlimdə deyil, ATV-nin əli ilə onlara çəki-düzən versəniz, əməkdaşlığa razılaşaram. İclas oldu, bəzi aparıcılar az qala özündən getdi. Aparıcının biri dedi ki, necə olur ki, Anarı yanınızda (müdiriyyət - red.) əyləşdirirsiniz, biz isə burada oturmuşuq.

Aqressiv danışdılar. Öz yerimdə oturmağı təklif etdim onlara və dedim ki, harada oturmağınızdan asılı olmayaraq bu, nəticəni dəyişdirməyəcək. Siz qoyulan qaydalara riayət etməlisiniz.

İclasda iştirak edən aparıcılar və onların arasında olan Vüsalə Əlizadə, Günay Baxşəliyeva da deyilənlərə riayət etdilər. Çalışdığım dönəmdə onlar efirdə çox gözəl görünürdülər, bir tək Nanə Ağamalıyevanı çıxmaq şərti ilə. Nanəyə zəng edib dedim ki, biz dostuq və əgər sən mənə kapriz etsən, başqa aparıcılar başımda turp əkər. Söylədi ki, narahat olma. Müdiriyyət dedi ki, Nanənin saçları kəsilməlidir. Mən də bunun tərəftarı idim. Nanə kaprizlər etməyə başladı.

Orada çalışan qrim ustasına efir makiyajını öyrətdim. Bir xanım da var idi, aparıcıların geyimi ilə məşğul olurdu. Amma Nanə paltarları geyinmədi və qrimerları da yaxınına buraxmadı. Hamıya köbüdluq edib, nalayiq ifadələr səsləndirirdi.

ATV-nin işçisi mən çalışdığım müddətdə işçim sayılırdı. Nanə ona hücüm çəkmişdi. Mən də həmin hadisəni videoya çəkmişdim ki, əlimdə sübüt olsun. Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, ATV məni qara siyahıya atsa, heç vecimə də deyil.

Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa müdİriyyətin otağında otursun.

Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Onlardan fərqli olaraq isə Nanənin böyük, geniş otağı var. Onu öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta üstəgəl onun fəxri adı da var. Amma Xoşqədəmə nə geyim verilirsə, onu da geyinir. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa ulduzdur".

Ağakişiyev müsahibəsindıə Ağamalıyevanın "yoxsulluq" kompleksinin olmasını və çox təhlükəli insan olduğunu vurğulayıb:

"Nanənin içində özü ilə bağlı çox böyük problemləri var. Onun çox böyük kompleksləri var - uşaqlıqdan gələn "yoxsulluq" kompleksi. Özündən böyük insana "Çıx bayıra!" deyə kobud cavab verir. Onlara "sən" deyə müraciət edir. Onda əvvəldən gələn travma var. Bu mənim şəxsi fikrimdir. Yaxın dostum öz geyimini hədiyyə versə götürərəm, ya geyinərəm, ya da hədiyyə olaraq saxlayaram. Amma ona hədiyyə etsələr, bunu o travma kimi, alçaltmaq kimi qəbul edər. Mən o adama içimi tökdüm, müdiriyyətə də dedim ki, bu adamla işləyə bilmərəm.

Bizi üz-üzə gətirdilər ki, Nanə razıdır sizinlə çalışmağa. Amma mən həmin videonu ortalığa qoyub dedim ki, çalışmaq istəmirəm. Bundan sonra Nanə ilə dostluğum bitdi. O mənim üçün saatlı təhlükəli bombadır. Əlimdə olsa, onu efirdən yığışdırardım. Bir insan kamera arxası başqa, kamera önündə isə başqadırsa, o çox təhlükəli insandır". /azmedia.az/  





up