Məşhur müğənni mirasını kimə buraxacağını AÇIQLADI: "EVİNİN DƏYƏRİ 4.9 MİLYONDUR"
7-11-2023, 19:04

Məşhur müğənni Serdar Ortaç var-dövlətini işçilərinə buraxacağını açıqlayıb. Yalnız yaşadığı evin qaldığını bildirən Ortaç, "Ailə, uşaq yoxdur. Ona görə də işçilərə verəcəm" deyib.
AZİNFORM.AZ xəbər verir ki, son zamanlar TikTok hesabında canlı yayımları ilə adından söz etdirən Serdar Ortaç mirasını kimə buraxacağını açıqlayıb.
"15 milyon TL borcumu ödədim, şükür, sıfırladım. İndi özüm üçün çalışmaq vaxtıdır. İnşallah bu dəfə pulu saxlayacam" sözləri ilə gündəmə gələn Serdar Ortaç ölümündən sonra mülkünü işçilərinə buraxacağı iddiası yenilənib.
'ARTIQ EV VAR'
"GazeteMagazin"də yer alan xəbərə görə, müğənni "Mənim nə ailəm, nə də övladım var. Ona görə də işçilərə verəcəm. Onsuz da ev var. Paylaşacaqlar" deyib.
Vəsiyyətini soruşduqda isə Serdar Ortaç "Mən yazdım, verdim. Onlar öhdəsindən gələcəklər. Dərhal ölməyim..." deyə cavab verib.
EVİNİN DƏYƏRİ 4.9 MİLYONDUR
Qumar borcları ilə gündəmə gələn Serdar Ortaçın qalan son əmlakını da satacağı iddia edilib.
İstinye silsiləsində 750 kvadrat metr torpaq sahəsində tikilmiş, Boğaza mənzərəli, 8 otaq, 4 qonaq otağı, 4 sanitar qovşağı, xüsusi layihəli bina, teras, eyvan, xüsusi kamera sistemi olan evin dəyəri 4,9 milyon dollar oldğu bildirilib. 
AZİNFORM.AZ





up