Serdar Ortaçın ağır sözlərinə keçmiş həyat yoldaşından SƏRT CAVAB - VİDEO
16-08-2023, 21:39

Nəhayət, İnstaqram hesabından ağlayan videosunu paylaşan və gündəmə gələn Serdar Ortaç son açıqlamasında keçmiş həyat yoldaşı Chloe Loughnan- ı hədəf alıb ; O, ağır sözlər işlədib.

AZİNFORM.AZ bildirir ki, TikTok-da canlı yayımları ilə adından söz etdirən məşhur pop müğənnisi Serdar Ortac son bir neçə gündə TikTok-da verdiyi son açıqlamalarla sosial medianın gündəmini zəbt edib.

Ortaç, "Bərabərlik üçün çıxdın. İpləri qadınlara bu qədər vermə; ayıbdır, kişilərə ayıbdır" deyən Ortaç, belə davam etdi: "Bütün ipləri keçmiş həyat yoldaşıma verdim, nə baş verdi? 

 Kanal D-də yayımlanan jurnal D proqramının gözəl aparıcısı Chloe Loughnan ötən gün sevgilisi ilə Nişantaşı küçələrində yaxalanıb.

Yeni sevgilisi Ferqus Hennessy ilə Nişantaşıda fotosessiyaya çəkilən Chloe Loughnandan Serdar Ortaçın açıqlaması soruşulub. 

Məşhur model deyib: 

“Mən şərh vermək istəmirəm. Yəqin ki, onun şəxsi həyatında problemləri var, bunu dedi. Bu mövzuda ona cavab verməyə türkcəm yetərli deyil, yoxsa çox gözəl cavab verərdim. O, təkcə mənim üçün deyil, bütün qadınlar üçün ağır sözlər söylədi”.

AZİNFORM.AZ





up