Bir müddətdir xəstəxanada müalicə alan Serdar Ortaçın qardaşı Serkan Ortaç martın 12-də 40 yaşında dünyasını dəyişib.
AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni iki uşaq atası olan qardaşı Serkan Ortaçın Suadiyə məscidində dəfn mərasimində ayaq üstə durmaqda çətinlik çəkib.
Oğlunun itkisindən sarsılan Serdar Ortaçın anası ötən gün paylaşım edib: "Mələyim rahat yatsın".
Nəsrin Ortaçın bu paylaşımına Serdar Ortaçın keçmiş həyat yoldaşı da reaksiya verib. Kloe Loughnan Nəsrin Ortaçın bu postunun altına qara ürək və dua emojisi qoyub.
Jurnalistlər “Sərdar bəy, keçmiş həyat yoldaşınız Kloe də ananızın paylaşımına münasibət bildirib. Bu barədə nə demək istərdiniz?" sualı ünvanlayıb. İfaçı "Biz onun qardaşları olaraq əlimizdən gələni etdik. Bilmirəm. Heç vaxt bu mövzuya qayıtmayın. Biz başqa bir dünyadayıq", - deyib. /lent.az/