DİGƏR XƏBƏRLƏR
Kolumbiyalı müğənni Şakira İspaniyada mühakimə olunacaq.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, məşhur müənni İspaniyada qaldığı müddətdə gəlirlərini "vergi cənnəti" ölkələrində gizlədib. O, 14,5 milyon avro dəyərində vergidən yayınmaqda ittiham edilib.
Şakiranın etirazları rədd edilərək mühakimə olunmasına qərar verilib.
Prokurorluq Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edib.
Müğənninin işi ilə məşğul olan hüquq firması tərəfindən verilən açıqlamada deyilir ki, o, qüsursuz olduğu üçün günahsızlığı müdafiə ediləcək.
"Mmüdafiə tərəfinin irəli sürdüyü iddialar məhkəmə tərəfindən rədd edilməyib və adi proses davam edir", - hüquq firması bəyan edib.