Şakira 14,5 milyonluq borcuna görə məhkəməlik oldu
27-05-2022, 20:04

Dünya şöhrətli müğənni Şakira vergi borcundan yayınmaqda ittiham olunur.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, İspaniyanın Barselona məhkəməsi ifaçını 14,5 milyon avro məbləğində vergi borcunu ödəmədiyi qənaətinə gəlib.

Ümumilikdə, Şakira 2012-2014-cü illər arasında vergidən yayınma ilə bağlı 6 işdə ittiham edilir. Lakin həmin vaxt onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsi ilə bağlı birbaşa sübut tapılmayıb.

Lakin məhkəmə prosesi başlamaq üçün "kifayət qədər əsasın" olduğu qənaətinə gəlib.





up