Namiq Qaraçuxurludan həbs olunması ilə bağlı xəbərlərə REAKSİYA: "Şərəfsizlikdir" - FOTO
28-09-2023, 20:44

Meyxanaçı Namiq Qaraçuxurlunun həbs olunması ilə bağlı sosial şəbəkədə foto yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, sənətçinin dəmir barmaqlar altında yayılmış fotosunun üzərində "Mikrofonunun açıq olduğunu bilmirdi. Bu, onun karyerasının sonudur" sözləri yazılıb.

Qaraçuxurlu sözügedən şəkili sosial şəbəkə hesabında paylaşaraq bu məlumatın yalan olduğunu bildirib:

"Yayılmış bu məlumat "fake"dir. Nə məqsədlə edilibsə anlamadım. Lakin tərkibində dələduzluq, şərəfsizlik olduğu məlumdur. Aldanmayın".  /bizim.media/






up