Meyxanaçı Namiq Qaraçuxurlu ailəsi ilə bağlı açıqlama verib.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "Qonağın qonağı" verilişində deyib.
Şəxsi həyatından söz açan sənətçi, xanımı və övladı ilə münasibətlərdən danışıb:
“Evlənəndən sonra həyatım çox dəyişdi. Belə daha yaxşıdır. Çünki ona qədər fikirləşirsən ki, nə əldə etmişəm? Boş-boş şeylərə enerji sərf edib, pul xərcləyirsən. Evlənəndən sonra baxırsan ki, bu, havaya uçmur.
Mənim telefonumun kodunu uşaq da bilir, rahat girib baxırlar. Telefonu evdə yox, çöldə üzüaşağı qoyuram. Bizdə belə problem yoxdur. Qarşı tərəf normal baxır. Xırda məsələlər ola bilir. Pərəstişkarlara cavab da verirəm. Çünki inam var”.