"Təklikdə olanda elə təriflər yağdırırlar ki..." - FOTOLAR
10-09-2023, 12:58

Böyük Britaniyanın İstedad yarışması olan "Britain's Got Talent"-in münsiflər heyətinin üzvü olan Amanda Holden yenə qalmaqallı açıqlama verib.

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə 150 il keçib insanlar hələ də geyim tərzinə seksual don geyindirməyə çalışırlar. "Mənim geyimimə dəfələrlə ictimai qınaqlar gəlib. Amma təklikdə olanda elə təriflər yağdırırlar ki..." deyə o, bildirib.

O, özünün portretinin hazırlandığını və çılpaq poz verdiyini gizlətməyib. Amanda qeyd edir ki, insanlar əsrlər əvvəl geyim haqqında daha modern düşüncədə idilər. II Çarlzın vaxtında onun sarayında məşuqələrinin çılpaq portretlərinin saxlanıldığı çoxlu otağın olduğunu da bildirib.

O, bunları tarixçi Dan Jones ilə birlikdə apardığı layihədə deyib.

"52 yaşım var, əgər müzakirə mövzusu yenə mənim sinəm olacaqsa onda müsabiqəni (Britain's Got Talent) başladın" Amanda sonda əlavə edib. /milli.az/






up