Kral Çarlzın 10 ən maraqlı vərdişi - SİYAHI
13-09-2022, 20:21

Kraliça II Yelizavetanın ölümündən sonra taxt-tac Uels şahzadəsi Çarlza keçib. Beləliklə, 73 yaşlı Kral III Çarlz hər kəsin daha da yaxından tanış olmaq istədiyi bir şəxsə dönüb.

Anasının vəfatından sonra bütün diqqət Çarlz və onun şəxsi həyatına yönəlib. Araşdırmaların nəticəsində İngiltərənin yeni kralının bilinməyən maraqlı bir çox vərdişi ortaya çıxıb. 

AZİNFORM.AZ  kral III Çarlzın daha əvvəl gündəmdə olmayan 10 maraqlı vərdişini təqdim edir: 

1. Gününün ilk və ən önəmli vərdişi: Səhər yeməyi  

73 yaşlı kral nahara bir o qədər fikri verməsə də, səhər yeməyi onun üçün çox vacibdir. Məlumata görə, Çarlza hər səhər yumurta təklif olunsa da, heç vaxt qaynadılmış yumurta yemir. Bəzi mənbələr isə kralın yumurtanı çox sevdiyini və hətta ən az 7 dəqiqə bişirilmiş yumurtaya üstünlük verdiyini iddia edir. 


Amma bir zamanlar Çarlzla çox vaxt keçirən mətbuat katibi Culian Peyn deyib: 

“Kral nahar etmir. Onunla olarkən öyrəndiyim bir şey var. Ya səhər yeməyində bol seçimlər olmalı, ya da aralıqlı kiçik qəlyanaltılar edilməlidir”. 

2. İsti suyu sevmir 

Çarlzın maraqlı yemək vərdişləri ilə yanaşı, xüsusi duş istəyi də var. Onun isti suyu qətiyyən sevmədiyi və ilıq su ilə doldurulmuş vannada uzun müddət duş almaqdan xoşlandığı deyilir. Onun isti suyu sevməməsinin səbəbi isə məlum deyil. 

3. Meyvə salatı ilə xəbərləri oxuyur

Uzun illər kralın yanında olan Culian Peyn onun hər sabah günə başlayarkən mütləq şəkildə xəbərləri oxuduğunu deyib. Xəbər başlıqlarını oxumaqla yanaşı, meyvə salatını da yanından ayırmadığını bildirib. Hətta bu onun gündəlik ən sevdiyi rutinlərindən biri imiş. 

4. Qapalı yerlərdə qalmağı sevmir 

Kral III Çarlzının sıx iş qrafiki olduğu hamıya məlumdur. Qapalı yerlərdə qalmağı sevməyən Çarlz işləyərkən həmişə pəncərələri açıq saxlayır. Günortadan əvvəl yalnız bir saat çölə çıxar və bu müddətdə ancaq gəzməyə üstünlük verər. Buna səbəb onun bu formada motivasiyasını yüksək tutmasıdır. 

5. İstirahət saatlarını həmişə həyat yoldaşı ilə keçirir

Bütün gününü planlı şəkildə yaşayan Çarlz işlərini bitirdikdən sonra uzun fasilə verir. Hər gün saat 5-də özünə istirahət verən kral, bu saatlarını həyat yoldaşı kraliça Kamilla Parker Boulzla keçirir. Onu yaxından tanıyanlar deyir ki, kral həyat yoldaşı ilə fasilədə hər gün meyvəli tort yeyir. 

6. O, bir rəssam və musiqiçidir...

Gündəlik işlərindən əlavə Çarlzın sənətlə sıx bağlılığı da məlumdur. Gəncliyində violonçeldə ifa edən, hətta tələbəlik illərində Kembricdəki “Trinity College”də kiçik konsertlər verən kral boş vaxtlarında akvarellə rəsm çəkməkdən zövq alır. Hələ də rəssamlığını davam etdirən kralın bəzi rəsmlərinin satıldığı və əldə olunan gəlirlərin ehtiyacı olan insanlara verildiyi məlumdur.

7. Ən sevdiyi yemək göbələkdir

Yemək mövzusunda bəzi kriteriyaları olan Çarlzın ən sevimli yeməyi göbələkdir. Yalnız öz torpağında yetişdirilən göbələkləri sevən kralın quzu ətinə də xüsusi həvəsi var. O, eyni zamanda pizzanı çox sevir, hətta onun sevimlisi "Marqarita" pizzadır. 2019-cu ildə baş aşpaz Erminio Di Meo Şotlandiyaya səfəri zamanı kral üçün pizza hazırlamışdı. Di Meonun hazırladığı pizzanı kral  çox bəyənib.

8. Ən sevdiyi meyvə alçadır 

Kral III Çarlzın çox bilinməyən digər maraqlı xüsusiyyəti isə sevimli meyvəsi ilə bağlıdır. 

Çarlz şəxsi malikanəsindəki bağdan yığdığı meyvələri çox sevir. Deyilənə görə, kralın ən sevimli meyvəsi bənövşəyi alçadır ki, o da yalnız bu malikanənin bağçasında bitir.

9. Dələləri qorumaq üçün çalışır  

Çarlzın ən maraqlı cəhətlərindən biri onun nəsli kəsilməkdə olan dələlər üçün apardığı böyük mübarizəsidir. Həyatda ən böyük arzusunun ətrafında çoxlu dələ olması olduğunu tez-tez ifadə edən Kral III Çarlz hətta onları qorumaq üçün bir dərnək qurub. Sincabların nəslinin tükənməsinin qarşısını almaq üçün qurduğu dərnəyin adı “Qırmızı Dələ Mühafizəsi Təşkilatı”dır.

10. Ən sevdiyi mahnıda nənəsini xatırlayır

Sevimli yeməkləri və ya istirahəti müxtəlif xəbər mövzusu olan Çarlzın sevimli mahnısı da mətbuatda əks olunan detallar arasındadır. Kral III Çarlzın son illərdə verdiyi açıqlamaya görə, ən çox sevdiyi mahnı amerikalı musiqiçi Dik Pauellin 1935-ci ildə yayılan "Lulu's Back in Town" mahnısıdır. Məlumatlara görə, Çarlz bu mahnını dinləyərkən tez-tez nənəsini xatırlayır. /lent.az/

AZİNFORM.AZ





up