Xalq artisti Afaq Bəşirqızı üçün qurban kəsdilər
25-07-2023, 22:02

Xalq artisti Afaq Bəşirqızı uzun illərdir xərçəng xəstəliyindn əziyyət çəkirdi. Aktrisa müalicə aldığı üçün səhnədən uzaq düşmüşdü. 

AZİNFORM.AZ bildirir ki, ötən həftə Afaq xanımın baş rolda oynadığı tamaşa Musiqili Komediya Teatrında böyük ajiotajla qarşılanıb.

Onun yenidən səhnəyə dönüşünü sənət yoldaşları fərqli qeyd ediblər. Başda teatrın direktoru Əliqismət Lalayev olmaqla bir qrup  sənət adamı Afaq xanımın bağ evinə gedib və onun  əməliyyatdan sağ salamat çıxması, səhnəyə qayıtması münasibətilə qurban kəsib.

Bu barədə məlumatı aparıcı Elgiz Əkbər yayıb.


 





up