Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal bitmək bilmir.
AZİNFORM.AZ xəbər verir ki, Nazilə Səfərli dəfələrlə məhkəməni qazandığını desə də, Fatimə bunu təkzib edir. Rəqqasə "Maqazin plus"a açıqlaması zamanı Nazilə Səfərlinin ondan tələb etdiyi 50 000 AZN təzminatdan danışıb.
Fətəliyeva bu barədə qısaca olaraq, "Kefimi pozmayın, siz 50 000 AZN-ni bir arada görmüsünüz? 50 000 manatım olsa, uşaqlarıma gün ağlayaram", - sözlərini söyləyib.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı, "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq", - sözləri səbəb olub.
Ətraflı videoda: