“Fatimə kimdir ki, mənim düşmənim ola?" - QALMAQAL
30-12-2022, 14:46

Şairə Nazilə Səfərli uzun müddətdir rəqqasə Fatimə Fətəliyevayla aralarında davam edən qalmaqaldan danışıb.

AZİNFORM.AZ olay-a istinadla xəbər verir ki, şairə məhkəmə prosesinin hələ də davam etdiyini bildirib.

N. Səfərli Fatiməni düşməni olaraq belə görmədiyini qeyd edib:

“Fatimə kimdir ki, mənim düşmənim ola? Düşmən dediyinin silah-sursatı, davası olar. Mən Fatiməylə niyə düşmən olum ki? Dilindən çıxan ifadənin ya üzrünü, ya da isbatını istəmişəm. Başqa niyə düşmən olum ki?! Sadəcə məsafə saxlayıram. Danışdı, gördüm onu. Fatiməni danışdırmamaq yaxşıdır, o elə oynasın. Onunki bədən dilidir. Apar onu qoy bir professorun qarşısına, görüm danışa bilər? Onu dinləməyəcək. Dinləyən kimdir? 3 dəstəsi 1 manat olan göy satanlar”.

Nazilə Fətəliyevayla aralarındakı münasibətin necə başladığını belə izah edib:

“O xəbər çıxanda məclisdə idim. Görürəm ki, mənim adımı çəkib paylaşıb. Bəs deyir ki, rəqqasə olaraq məni deyir. 1,85 boyunda qızlar var ki, utanırlar rəqqasə deyəndə. Bu da deyir ki, məni deyir. Bir rəqqasə haqqında söhbət edirəmsə, bunun onunla əlaqəsi olduğunu o deyib. Belə çıxır ki, aləmi qatan da o imiş. Mənə axı həmin rəqqasənin kim olduğunu demədilər. Mən onun kimliyini bilsəydim, ad çəkərdim. Mənə dedilər ki, bir oriental. Mən də oriental yazdım. Biz də bunu hind rəqslərindən bilirdik, sən demə, keçmişdə oriental olub. Mən nə bilim? Bu peşəni bir-bir dəyişin. Sürətlə dəyişirsiniz, camaat bilmir ki, hansı peşədən hansına keçdiniz. Mən gözümü açandan hələ də şeir deyirəm”.

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı status səbəb olub. Daha sonra Fatimə bu sözlərin ona aid olduğunu bildirib. N. Səfərli rəqqasəni məhkəməyə verib.





up