Şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasındakı məhkəmə başa çatıb.
AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Cəfərovanın (Səfərli) ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.
Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia qismən təmin olunub.
Məhkəmə tərəfindən 19 mart 2022-ci ildə rəqqasə Fatimə Fətəliyevanın TikTok hesabında Səfərliyə qarşı işlətdiyi sözlər şərəf və ləyaqəti alçaldan ifadələr kimi qəbul edilib.
Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verilməsi tələb olunub.
Qeyd edək ki, F.Fətəliyeva sosial şəbəkənin canlı yayımında bu ifadələri səsləndirmişdi:
"Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.
Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.
Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?
Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör ərim deyə-deyə nə oyundan çıxırsan".