Müğənni Doğuşun 9 illik evliliyi bitir? - FOTO
27-06-2023, 00:04

Türkiyə mediası müğənni Doğuş azərbaycanlı həyat yoldaşı Xoşqədəm Hidayətqızından ayrıldığını yazıb.  

AZİNFORM.AZ-ın xəbərinə görə, evləndikdən sonra Azərbaycanda məskunlaşan məşhur sənətçi həyat yoldaşının ailəsi ilə yaşadığı problemləri aradan qaldıra bilməyincə İstanbula qayıdıb.

Qeyd edək ki, 9 il əvvəl ailə quran cütlüyün iki övladı var.

Həyat yoldaşı və uşaqlarını tərk edən Doğuşun boşanmaqda qərarlı olduğu da məlumatlar arasındadır. Müğənni həyat yoldaşının şəkillərini də İnstaqramdan silərək onu təqib etməyi dayandırıb.






up