Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı qayınanasını efirə qonaq çağırıb.
AZİNFORM.AZ xəbər verir ki, ARB televiziyasında yayımlanan efirdə o qayınanasındən hansı səbəbdən Doğuşu tərk etməsini soruşub.
Doğuşun anası Nurhəyat xanım "1972-ci ildə məni ərə verdilər. Dayım bu evliliyə qarşı çıxdı və dedi ki, sonu pis olacaq. Ailəm dayımı eşitmədi və məni ərə verdi. 1974-cü ildə Doğuş doğuldu. Ərim Doğuşun 4 yaşı olanda məni aldatdı. O zaman biz Almaniyada yaşayırdıq. Əlimdəki bilərzikləri də aldı ki, Türkiyəyə iş üçün gedib orada işləsin. Bir ay sonra xəbər tutdum ki, bilərziklərimi satıb pis alışqanlıqlarına xərcləyib. Atam məni Doğuşla birgə Türkiyəyə yolladı və boşanacağımı dedi. Ata- anası gəlib “Oğlum düzəldi, barışın”,- dedi.
Qızıma hamilə qaldıqdan sonra mənə uşaq ərimdən deyil deyə böhtan atdılar. Hamilə olaraq dolanmaq üçün xidmətçilik etdim. Doğuşun 3 yaşı olanda boşandım. Məhkəmədə Doğuşu məndən aldılar, üzünü göstərmədilər. Evim yox idi deyə ikinci evliliyimi etməyə məcbur qaldım. Evləndiyim şəxsin iki uşağı var idi. O, mənə onun uşaqlarını, özünün də mənim uşaqlarımı qəbul edəcəyini dedi. Elə şərtlə evləndik. Qızıma baxdılar. Amma anam oglumu gətirəndə qəbul etmədilər. Heç bir şey edə bilmədiyim üçün məni bağışla oğlum. Səndən tək diləyim budur",-deyib.
Doğuşun anası oğlunun məşhur olduğu zaman nənə və babasının onu sahibləndiyi və onu pis çıxarmağa başladıqlarını deyib: "Hansı ana uşağını küçəyə atar?! Babasını maşın vurub öldürdü. Mən nələr cəkdiyimi özüm bilirəm. Allah Xoşqədəmdən razı olsun".
Hekayəsini efirdən dinləyən Doğuş göz yaşlarını saxlaya bilməyib: "Mən 4 yaşımda anamı itirdim, saysız sayda cəza evlərinə düşdüm".
Doğuşun anası Nurhəyat xanım oğluna "Bitdi daha" deməyinə müğənni "Bitmir, ana, bitmir”, -deyib çəkdiyi ağrı- acılarının hələ də psixologiyasında dərin izlər buraxdığını bildirib. /cebhe.info/