Həmcinsi ilə ailə quran məşhurlar bunlardır - SİYAHI
10-09-2022, 11:26

Sənət dünyasında bir çox qeyri-adi evliliklər mövcuddur. İnsanların evində çox sevdiyi əşyası, sevimli ev heyvanları ilə evləndiyi xəbərlərinə belə rast gəlmişik. Bəzi məşhurlar isə sonradan, ya da həmcinslərin evliliyi leqallaşdıqdan sonra cinsi oriyentasiyasını etiraf edərək həmcinsləri ilə evlənib. 

AZİNFORM.AZ  həmcinsləri ilə evlənən məşhurları təqdim edir.

 

Əmrullah Tüzün və Ekin Kəsər İstanbulda təşkil etdikləri toyda evlənərək Türkiyə tarixində ilk dəfə həmcinsi ilə ailə həyatı quran cütlük olub. Rəsmi olmasa da, alternativ toy şənliyi ilə evlənən cütlük özlərinə və ailə üzvlərinə çox sayıda hədə-qorxu mesajları gəldiyini bildirib. Cütlük həmcinslərin münasibət yaşamasını həmişə dəstəkləyiblər. “Həmcinslərin münasibət yaşamasını və evlənməsini həmişə dəstəkləmişik. Bu səbəbdən həm də onları dəstəkləmək üçün onlardan biri olmaq istədik. Başımıza bir hadisə gələrsə, bizi son mənzilə rəngarəng bayram şənliyi abu-havası ilə yola salsınlar”,-onlar deyib.

Məşhur müğənni Elton Con uzunmüddətdir sevgili olduğu Devid Fönişlə təntənəli toy məclisi təşkil edərək evlənib. Cütlük 2005-ci ilin dekabr ayında bir-birlərinə həyatlarının sonuna qədər birlikdə olacaqlarının sözünü verib. 


Amerikalı komediyaçı Ellen 1997-ci ildə biseksual olduğunu açıqladıqdan sonra televiziyadakı fəaliyyətindən uzaqlaşıb. 2004-cü ildə isə məşhur aktrisa Portiya de Rossi ilə sevgili olan Ellen, 2008-ci ildə onunla ailə həyatı qurub. 

2008-ci ildə Kaliforniyada həmcislərin evliliyinə icazə verildikdən sonra məşhur aktyor Takei və sevgilisi Brad Altman evlənmək üçün rəsmi qurumlara müraciət edib. Cütlük bu müraciətdən əvvəlki son 21 illərini isə sevgili olaraq keçirib. 2008-ci ildə ailə həyatı quran cütlüyün evliliyi hazırda da davam edir.

Məşhur müğənni Riki Martin 2010-cu ildə gey olduğunu açıqlayıb. 2010-cu ilin oktyabr ayında sevgilisi Karlos Qonzales ilə evlənən cütlüyün 2 uşağı da var.


“Sex and the City” ( seks və şəhər) filmi ilə məşhurlaşan Sindiya uzunmüddətdir sevgili olduğu Kristina Marinoni ilə evlənib. 2012-ci ilə Nyu-Yorkda evlənən cütlüyün toyundan 1 il sonra oğulları dünyaya gəlib. Hazırda onların 2 uşağı var.

Məşhur amerikalı müğənni Kristin Oqata özünü "füsunkar səsli", "şişko lezbiyən" olaraq təqdim edir. O, sevgilisi Bet Ditto ilə Havay adalarında evlənib. Kristin Oqata toyunda gəlinlik əvəzinə ağ rəngli şortikə üstünlük verib. Cütlüyün toyunda iştirak edən bütün qonaqlar ağ rəngli paltarlar geyiniblər.

“How I met you mother” serialı ilə adını geniş kütlələrə çatdıran Emmy və Tony mükafatlı aktyor Neyil Patrik 10 ildən çoxdur ki, sevgili olduğu aktyor David Burtka ilə ailə həyatı qurub. 2014-cü ildə gizli toy məclisi ilə İtaliyada ailə həyatı quran cütlüyün toyunda yalnız ailə üzvləri və yaxın dostları iştirak edib.


ABŞ-da həm müxbir, həm də xəbər aparıcısı olan Giyo Benitez Tommy Didadiyo ilə evlidir. 2016-cı ildə ailə həyatı quran cütlüyün toyunda yalnız ailə üzvləri və dostları iştirak edib. Giyo Benitez 2 dəfə "Emmy" mükafatı qazanıb.

3 il əvvəl keçirdiyi əməliyyatla cinsiyyətini və adını dəyişdirən Selin Ciyərci ailəsinin buna qarşı çıxdığını bildirib. Özü və şəxsi həyatı haqqında çox məlumat vermək istəməyən məşhur fenomen bu günə qədər bir çox məşhur iş adamı, futbolçu ilə sevgili olub. Hazırda Gökhan Çıra ilə sevgili olan Selin Ciyərci yaxın zamanda bir uşaq sahibi olacaqlarını açıqlayıb. 

10 yaşından aktyor olan Rüzgar cinsiyyətini dəyişdirdikdən sonra 2019-cu ildəTuğba Ərkoçlar ilə evlənib. Onun əsl adı  Nil Ərkoçlardır.  /gundem.az/





up