DİGƏR XƏBƏRLƏR
Həyat yoldaşı, aktyor Kadir Doğulu tərəfindən xəyanətə uğradığı bildirilən aktrisa Neslihan Atagül məsələ ilə bağlı yenidən açıqlama verib.
AZİNFORM.AZ xəbər verir ki, sənətçi "Ay Yapım" gecəsində jurnalistlərin suallarını cavablandırıb. O, söhbət zamanı aldadılma mövzusuna toxunaraq bir daha məsləyə aydınlıq gətirib.
"Bilirsiniz ki, bu günə kimi heç birinizə nəzakətsiz şəkildə davranmamışam. Həqiqətən mən nə deyirəmsə deyim siz dediyiniz hər şeyin mahiyyəti hər kəsə görə fərqli başa düşülür və yozulur. Mən bunları demişdim... Təkrar deyirəm... Yazılanlar heç bir reallığı əks etdirmir. Biz halımızdan məmnunuq. Kefimiz, xoşbəxtliyimiz yerindədir. Sizlərdə yaxşı olun, biz bunu istəyirik" – deyə aktrisa bildirib.