Tanınmış müğənni 48 yaşında VƏFAT ETDİ - FOTO
12-05-2023, 23:21

Rusiyalı aktyor və musiqiçi Mark Kotlyar 48 yaşında İsraildə vəfat edib.

AZİNFORM.AZ bildirir ki, bu barədə “Rambler” məlumat yayıb. 

Onun yaxınları üzücü xəbəri sosial şəbəkədə paylaşıblar. Mark uzun sürən xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib.

Mark Kotlyar 28 may 1974-cü ildə Rostov-na-Donuda anadan olub.

Qeyd edək ki, Kotlyar karyerasına 2007-ci ildə başlayıb. O, özünü "Biz Rostovdanıq" serialında aktyor kimi də sınayıb.

AZİNFORM.AZ





up