Serdar Ortaçdan onu "Onurğasız" adlandıran Fatih Portakala SƏRT CAVAB - VİDEO
10-05-2023, 16:27

Jurnalist Fatih Portakal Mersində keçirilən Gənclik Buluşması tədbirində səhnəyə çıxan Serdar Ortacı 'onurğasız adam' kimi sərt şəkildə tənqid edib. Fatih Portakalın bu açıqlamasına Serdar Ortaçın cavabı gecikməyib.

AZİNFORM.AZ xəbər verir ki, məşhur müğənni Serdar Ortaç ona "onurğasız" deyən Fatih Portakala cavab verib. 

Tədbirlərin birində Xəzinə və maliyyə naziri Nurəddin Nəbati Serdar Ortaçdan “Qara bibər” mahnısını oxumağı xahiş ediblər. Serdar Ortaç "Nazır Nəbati Baba üçün oxuyuram" deyərək, nazirə müraciət edib.

Bu səhnəni görən məşhur aparıcı Fatih Portakal nazirin mailyyə siyasətindəki rolunu tənqid atəşinə tutmaqla yanaşı, Serdar Ortaç aşağılayan ifadə işlədib:

“Sən Serdar Ortaç, şərəfsiz bir adamla səhnəyə çıxırsan. Mən ona sənətçi demirəm, mən ona onurğasız adam deyirəm...".

Məşhur müğənni barəsində ağır ifadə işlədən aparıcıya belə cavab verib: "Linç mədəniyyətinə Fatih Portakalın da uyum sağlaması kədərlidir. Bəyənmədiyimiz, dinləmədiyimiz hər kəsə belə deyə bilməzsiniz, belə bir haqqımız yoxdur. İnsan olaraq da, vətəndaş olaraq da belə bir haqqınız yoxdur. Çox ayıb".







up