"Hikmət Rəhimov başını daşa döyür sosial şəbəkədə o cür sözlər yazır" - Xalq artisti
10-04-2023, 13:08

Ötən gün 76 yaşında vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovun adı ətrafında gedən müzakirələr səngimək bilmir.

Ölümündən sonra aktyor Hikmət Rəhimovun Azər Paşa Nemətov haqda sosial şəbəkədə etdiyi paylaşım isə birmənalı qarşılanmayaraq ciddi müzakirələrə səbəb oldu.

O, mərhum Xalq artistinə rəhmət düşmədiyini yazıb: “Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!”

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur həmkarının bu addımını sərt şəkildə qınayıb. Hisslərini cilovlaya bilməyən aktyor Hikmət Rəhimovu bu hərəkətinə görə təhqir etməkdən də çəkinməyib: “Hikmət Rəhimov başını daşa döyür sosial şəbəkədə o cür sözlər yazır! Hikmət Rəhimov kimdir axı? Yapışmışdı Akademik Milli dram Teatrından, deyirdi ki, heç vaxt burada teatr olmayıb, heç vaxt da olmayacaq. Onu-bunu döyürdü”.

Xatırladaq ki, Hikmət Rəhimov illər öncə AzDrama ilə yollarını qalmaqallı şəkildə ayırmışdı. O, Azər Paşa Nemətov teatra direktor təyin olunanda onu təbrik etmədiyi üçün işdən çıxarıldığını iddia etmişdi.

 





up