Vəfa Şərivofa: “Hamiləlik dövründə ərimdən iki ay küsülü qalmışam” - VİDEO
27-03-2023, 18:49

"Bu brilliant daşlarla bəzədilmiş üzük yenidir. Bunu isə mənə həyat yoldaşım alıb (gülür). Özüm seçmişəm. Amma hədiyyə sayılır. Qiyməti 10 min manatdan aşağıdır".

AZİNFORM.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Maqazin plyus" verilişinə müsahibəsində deyib.

Sənətçi keçirdiyi estetik əməliyyatlarından söz açıb:

"Estetik əməliyyat eləməmişəm desəm yalançı olaram. Kosmetoloqlara gedirəm, üzümə müdaxilələr edirəm. Amma estetik əməliyyatlar çox etdirməmişəm. Buna hələki ehtiyac yoxdur. Amma lazım olsa gedib etdirəcəyəm. Heç bir əməliyyatdan çəkinmirəm və qorxmuram".

Vəfa bildirib ki, həyat yoldaşı ilə hamiləlik dövründə iki ay küsülü qalıb:

"Əgər mənə estetik əməliyyat lazım olarsa, həyat yoldaşımdan iki gün əvvəl küsürəm. Sonra biləndə heç nə demir. Barışmaq üçün isə bir gül gətirir barışırıq. Hamiləlik dövründə iki ay ərimdən küsülü qalmışam. Həyat yoldaşımla hər ailələrdə olduğu kimi küsüb, barışırıq. Amma zamanla hər şey aradan qalxır, keçib gedir".

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Hazırda müğənni hamiləliyinin son aylarını yaşayır. Vəfanın Məryəm adında bir qızı var.





up