“Vəfa ilə mənim həyat yoldaşım ayrı-ayrı insanlardır” - VİDEO
6-09-2022, 20:54

"Elə bilirlər ki, Vəfa Şərifova ilə mən eyni bəylə evliyik. Onun həyat yoldaşı başqa, mənimki başqa adamdır. Şou-biznes hər ikimizin yoldaşını tanıyır. Səhv salmayın".

AZİNFORM.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu Tarix Əliyevin "Tam səmimi" proqramında deyib. O bildirib ki, keçmiş sevgilisi ilə ailə quran həmkarı Vəfa Şərifova ona haqsızlıqlar edib:

"Bəzən yazırlar ki, səni atdı getdi Vəfaya? Məcbur olub açıqlama verdim ki, ayrı-ayrı insanlardır. Yeri gələndə Vəfaya məsləhət də vermişəm. Özü dansa da, olub. Hətta Dünya TV-dəki aparıcı Samirin cibinə pul qoymuşam ki, Vəfanı efirə çağır. Həyat yoldaşım mənə mahnı almışdı, verdim ona. İlk mahnısını da mən verdim. Sən mənə qulaq asa-asa oxumaq öyrənmisən. Danmaq olmaz. Sənə pis olmuşam? Vəfa bizim evimizə gəlib, çörək kəsib. Yoldaşım etiraz etdi ki, kimdir bizim evimizə gəlir, nə işi var evimdə? Uşağıma aldığı boyunbağını da taxmağa qoymadı. Qəlbinə gəldi ki, başqa insanladırsa, niyə evimizə gəlməlidir?".

Qeyd edək ki, Vəfa Şərifova iş adamı Famil Xəlilovla qeyri-rəsmi münasibətdədir. Onların bir qız övladı var. Hazırda Vəfa ikinci övladına hamilədir. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanırdı.  


AZİNFORM.AZ



up