Elza Seyidcahan konsertdən yığılan puldan Türkiyəyə yardım edəcək
14-03-2023, 15:52

"Martın 28-də yaradıcılıq gecəm olacaq. Onu da Ulu Öndərimizin 100 illiyinə həsr etmişəm".

Bu sözləri BiG.AZ-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

O bildirib ki, konsertdən yığılan vəsaitdən qardaş ölkəyə yardım edəcək:

"Əslində, konsert fevralın 28-də olmalıydı. Məlum səbəblərdən, Qardaş Türkiyədə baş vermiş zəlzələyə görə konserti martın 28-nə keçirdik. Konsertin açılışını da elə Türkiyəmizə həsr olunacaq. Eyni zamanda Türkiyəyə də ianə edəcəyik. Amma konsertim əsasən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur".





up