"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.
Ekspertlər arasında övladından imtina etmək istəyən Sevdanın başına gələnləri müzakirə gedib. Bu zaman jurnalist Zülfiyə Qurbanova və aparıcı Xoşqədəm Hidayətqızı nə olursa olsun, daim qadınların hüquqlarının müdafiə edilməsinin zəruriliyini vurğulayıblar.
Ekspert qismində iştirak edən Əməkdar artist Nüşabə Ələsgərli onların bu sözünə qəzəblənib. O, "Bura Azərbaycandır, Fransa deyil!" sözlərini söyləyərək sərt şəkildə etiraz edib.
Qeyd edək ki, Sevda nikahdankənar dünyaya gətirdiyi övladını atası dediyi şəxs və ailəsi qəbul etmir. O, maddi vəziyyəti yaxşı olmadığı üçün övladından imtina etmək istədiyini bidlirib.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+