"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında gərgin anlar yaşanıb.
AZİNFORM.AZ baku.ws-ə istinadən xəbər verir ki, proqrama gələrək kömək istəyən Sevda adlı xanımla ekspert qismində çıxış edən psixoloq Elmir Əkbər arasında mübahisə baş verib.
Elmir nigahdan kənar, qeyri-qanuni övlad dünyaya gətirən qadına bir sıra məsləhətlər verib. Bundan sonra Sevda "Sənin özünə psixoloq lazımdır" deyərək onu təhqir edib.
Sözügedən qadın psixoloqa təhqirlərini davam etdirib. Elmir ona xanım adının yaraşmadığını deyib. Sevda isə "Mən də heç sizə kişi gözü ilə baxmıram" sözlərini söyləyib.
Ətraflı videoda: