“Hollivud divası” yeni imici ilə heyran qoydu - VİDEO
19-01-2023, 19:10

Model Bella Hadid imicini dəyişərək özünü Merilin Monroya oxşayıb.

AZİNFORM.AZ-ın məlumatına görə, o bununla bağlı videonu özünün “Instagram” hesabında paylaşıb.

Yayımlanan videoda 26 yaşlı Bella Hadidin 1950-ci illərin seks-simvolu kimi saçını sarıya boyaması əks olunub.

Pərəstişkarları modelin kospleyini yüksək qiymətləndiriblər.

“2024-cü ildə Monro”, “Onun adı Bella Monro idi”, “Hadid-Monro? Bu heyrətamizdir”, “Hollivud divası”, “Bella, daha bir şəkil və mən saçımı sarıya boyayacağam”, - deyə izləyiciləri şərhlərdə yazıblar.





up