"O zaman 107 kiloya qalxmışdım. Pəhriz saxlamırdım, qolum sınmışdı, idman etmirdim, hərəkətdə olmurdum. İnan ki, ürəyim partlayırdı".
AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Yanar saat" verilişində deyib.
İllərdir ki, artıq çəki ilə mübarizə apardığını söyləyən sənətçi 107-dən 66 kiloqram çəkiyə düşdüyünü açıqlayıb:
"Ayaqlarımın, belimin ağrısından ayaqüstə dayana bilmirdim. Mənə o qədər çəki olmaz. Çünki sümüklərim xırdadır. Yaxşı ki, həmin kiloda çox az, haradasa 1 ay qaldım. Həmişə maksimum 93 kiloya qalxırdım, mənim üçün ən dəhşətli çəki 93 idi. 107-ə çatdım, dedim, dayan, axırına çıxım, sən də bax. Hazırda 66 kiloyam".
Qeyd edək ki, M.İsgəndərli yeddi ay əvvəl mədəkiçiltmə əməliyyatı keçirib.