Mətanət İsgəndərli: "Sevdirə bilmədim özümə sənə" - VİDEO
4-01-2023, 00:35

"Heç zaman plastik əməliyyat etdirməmişəm. Amma çoxları etdirdiyimi söyləyir. Hər zaman da iradəm, idman və pəhrizlə 30-35 kiloqram çəkiyə qədər arıqlamışam. Almaniyadan gələn dietoloqum olub. Amma özümü saxlaya bilməmişəm".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Əvvəlcə heç bir əməliyyat keçirmədiyini söyləyən sənətçi daha sonra illər əvvəl "blefaroplastika" əməliyyatını etdirdiyini açıqlayıb:

"İlk dəfə gözümün altını və üstünü cərrahlardan birinə əməliyyat etdirmişəm. Bir mahnım var, "Sevdirə bilmədim özümə sənə". Bax bu nəğmənin altında lokal anesteziya ilə əməliyyat olundum. Yəni söhbət edə-edə, zarafatlaşaraq əməliyyat olundum. Bundan sonra əməliyyatlardan qorxmuram. Amma arıqlamaq üçün aylar əvvəl mədəkiçiltmə əməliyyat keçirmişəm. Sağlıq olsun yaxın vaxtlarda mən də plastik əməliyyat etdirəcəyəm".





up