DİGƏR XƏBƏRLƏR
"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. Altı ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "ATV səhər"ə müsahibəsində deyib. O bildirib ki, həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədov ona dəstək olub:
"Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim".