Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin doğum gününü yeni gəlini ilə qeyd etməsi keçmiş gəlini Canananı özündən çıxarıb.
Canana Əməkdar artistin yeni gəlini ilə birgə olan fotolarını paylaşaraq övladlarının ögey ana ilə qalmasına etiraz edib.
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Canana (Aynur Həmidova) ölkədən getdiyini bildirib:
“Ölkədən getmişəm. Hər şeyimi satışa çıxarmışam. Barışıq müqaviləmizə onlar tərəfindən əməl olunmadı. Mətanət İsgəndərli həmişəki kimi mənim hisslərimlə oynadı. Mən dövlət işçisiyəm, 2004-cü ildən çalışıram. Görün, nə həddə çatmışam ki, o işimdən də çıxıram. Salonumu 2018-ci ildə açmışam, ora nə qədər yatırım etmişəm, amma indi hamısını dəyər-dəyməzinə satmaq məcburiyyətindəyəm. Mətanət xanıma barışıq elan edərkən dedim ki, mənə stress olmaz, övladlarıma görə bu qədər mübarizə aparıram, artıq xəstəlik tapmışam. Gəlin, normal insanlar kimi razılığa gələk, oğlunuzla alınmadı, illərlə bir yerdə olduq, hər dəfə məni istədiyiniz kimi əzdiniz, oğlunuz övladlarımı döydü, axırda özümü döydü və bu son nöqtə oldu”.
Canana M.İsgəndərlinin onu polislə hədələdiyini deyib:
“Dedim, gəlin bunları unudaq, normal, müasir düşüncəli insanlar kimi uşaqların gələcəyini düşünək. Siz də işləyin, mən də, uşaqları böyüdək. Amma o nə etdi? Məni yenə də təhqir etdi, dedi ki, övladlarımla ancaq küçədə görüşə bilərsən, uşaqlar bizdə qalacaq, yuxarı qalxsan, mənə bir daha zəng vursan, üstünə polis çağıracağam. Mənim günahım nədir? Üçüncü övladımı alıb əlimdən, anaya qarşı bir qram sevgi qoymayıb, uşaqlar öz bildikləri kimi yaşayır, mənə zəng vurub görüntülü danışanda da ortancıl oğlum yorğan altından danışır. Böyük oğluma istədiyimi deyə bilmirəm, dərsləri nəzarətsizdir, dayə kimdir axı uşağı qabağa aparmağa cəhd göstərsin?! Bilin ki, bu tək mənim problemim deyil, mənim kimi yüzlərlə ana var, ümid edirəm, bu hadisələrə nə vaxtsa son qoyulacaq. İcra ilk öncə ananı düşünməlidir, heç bir ana övladının pis gününü istəməz. Oğlum nənəsi ilə qalır, dayə də var, o gün səhər saat 4-də yığıb ki, “Cank, pisəm”. O mənə ana demir, “Cank” deyir. Dedim haran ağrıyır? Çox ciddi zəhərlənmişdi, mən onu görüntülü yığaraq müalicə etdirdim, nə dedim onu elədi, nənə başını itirmişdi. Yəni deməyim odur ki, ananı heç kim əvəz edə bilməz”.
O, yenidən Azərbaycana qayıdacağını, övladları üçün mübarizə aparacağını qeyd edib:
“Mətanət İsgəndərli məni düşməni kimi görür. Necə ki, Fatiməyə “qov” əmri vermişdi. Onun qəlbi göründüyü kimi deyil, çox qəddardır. Hər şeyimi onun sayəsində itirdim xəstəliyimə görə xaricə gəldim. İndi müalicə alıram. İnşallah, tam sağalım yeni iş quracağam, əvvəlcə ev alıb balalarımı geri alacam. Mən uşaqlarımı heç kimə vermərəm”
Xatırladaq ki, Əməkdar artistin oğlu Kərim bir müddət əvvəl Canana adlı xanımdan boşanıb və onların bu evlilikdən 3 övladları var. Ali Məhkəmənin qərarına baxmayaraq, uşaqlar hələ də anaya verilməyib.