Türkiyənin məşhur müğənnisi Hadisənin atası və anası ikinci dəfə boşanıb.
AZİNFORM.AZ Haberglobal-a istinadən xəbər verir ki, 24 il öncə Belçikada boşanan Gülniha və Hasan Açıkgöz cütlüyü boşanmalarının rəsmi olaraq qeydə alınması üçün Türkiyədə də məhkəməyə müraciət ediblər. 2 saat davam edən məhkəmədən sonra cütlük rəsmi şəkildə boşanıb.
Qeyd edək ki, müğənni özü də tanınmış iş adamı olan Mehmet Dinçerlə aprel ayından davam edən evliliyini 2 ay bundan öncə məhkəmədə bitirmişdi.