Müğənni Hadisənin həyat yoldaşı, məşhur iş adamı Mehmet Dinçerler ilk dəfə münasibətləri barədə yayılan iddialara cavab verib.
AZİNFORM.AZ Türkiyə medisasına istinadən xəbər verir ki, iş adamı dünən "Ulduzlu söhbətlər" verilişinə qonaq olub. O, Hadisəyə replika təkqaş üzüklə evlənmə təklifi etməsi ilə bağlı iddialara aydınlıq gətirib. Aparıcının "Saxta üzük xəbərlərinin doğrusu nədir?" sualına M.Dinçerler belə cavab verib:
"Düşünürəm ki, bunlar həm məni, həm də münasibətimi pozmaq üçün edilib. Xüsusən də şəxsən məni gözdən salmaq üçün. Bu prosesdə hər kəs istədiyini dedi. Onlara heç vaxt cavab verməmişəm. Çünki cavab verməyi layiq bilmədim. Düşünürəm ki, önəmli olan onun maddi dəyərdən çox simvolik dəyəri olmasıdır".
O, həmçinin bildirib ki, boşanma prosesindən sonra müğənnidən tozsoranını və gümüş məcməyisini geri istəməsi barədə yayılan xəbərləri olduqca gülüncdür:
"Əslində bu, əyləncəli xəbərdir. İnsanlar da bunu çox əyləncəli səviyyəyə çatdırdılar. Mən də görəndə gülürəm, komikdir, insanlar əyləncə tapdı. Təbii ki, bütün həyatım boyu belə xırda şeylərin arxasınca qaçan biri deyiləm. Maddi ilə bağlı bir problem yaşamadıq". /publik.az/