DİGƏR XƏBƏRLƏR
Artıq çəkisi ilə diqqət çəkən model Eşli Qrem “Time” jurnalının şənliyinə açıq tül paltarda qatılıb.
AZİNFORM.AZ xəbər verir ki, Eşli Qrem ictimaiyyət qarşısına açıq-saçıq paltarda çıxıb və bu, fotoqrafların diqqətini çəkib.
O, partiyə öz brendi olan "Knix" markasından qara forma üzərində şəffaf torlu paltar geyinərək qatılıb.Məşhurun obrazını brilyant qaşlı boyunbağı və dumanlı göz texnikasında hazırlanmış makiyaj tamamlayıb. Eyni zamanda vizajistlər Qremə yaş saçların təsiri ilə üslub hazırlayıb və dodaqlarına şəffaf parıldadıcı vurulub.
Model gecəyə həyat yoldaşı, fotoqraf Castin Ervinlə birlikdə qatılıb.