Pensiya yaşını doldurmuş MİLLƏT VƏKİLLƏRİ... - SİYAHI
15-10-2022, 09:00

Məlum olduğu kimi, 2019-cu ildən etibarən ölkəmizdə idarəetmə sahəsində gəncləşdirmə siyasəti özünü daha aydın formada büruzə verməyə başlayıb. Hər nə qədər seçkili orqan olsa da, Milli Məclisdə də son çağırışda gənc millət vəkillərinin sayında xeyli artım olub.

Məlumdur ki, Milli Məclisə seçilmək üçün Azərbaycan qanunvericiliyində yaş senzi yoxdur.

Buna görə də, yetkinlik yaşına çatmış, müvafiq tələblərə cavab verən hər kəs deputatlığa namizədliyini irəli sürə bilər.

Lakin Milli Məclisdə pensiya yaşına çatmış deputatlarımız da var.

AZİNFORM.AZ Bizim.Media-ya istinadla bildirir ki, 65 yaşını doldurmuş millət vəkillərinin sayı 34 nəfərə bərabərdir. Bu da ümumi deputatların 30 faizindən az qismini təşkil edir.

Onlardan 17 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir:

İsa Həbibbəyli (72 yaş), Eldar İbrahimov (77 yaş), Sədaqət Vəliyeva (67 yaş), Mixail Zabelin (79 yaş), Hicran Hüseynova (67 yaş), Oqtay Əsədov (67 yaş), Anar İsgəndərov (66 yaş) Əhliman Əmiraslanov (75 yaş), Cavanşir Paşazadə (69 yaş), Tahir Rzayev (72 yaş), Sahibə Qafarova (67 yaş), Aqiyə Naxçıvanlı (72 yaş), Bəxtiyar Sadıqov (71 yaş), Aydın Mirzəzadə (65 yaş), Elman Məmmədov (72 yaş), Ağalar Vəliyev (65 yaş).

Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.

Onların adlarını təqdim edirik: Səttar Möhbalıyev (67 yaş), Madər Musayev (75 yaş), Rasim Musabəyov (71 yaş), Ziyad Səmədzadə (82 yaş), Eldar Quliyev (70 yaş), Vahid Əhmədov (75 yaş), Anatoliy Rafailov (69 yaş), Aqil Abbas (69 yaş), Əli Məsimli (69 yaş).

Pensiya yaşına çatmış müxalifət partiyalarından olan deputatlar isə aşağıdakılardır:

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə (69 yaş), Vətəndaş Həmrəyliyi Partiyasından olan deputatlar Sabir Rüstəmxanlı (76 yaş), Rafael Hüseynov (68 yaş), Fəzail İbrahimli (71 yaş), Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı (75), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (68 yaş), Vəhdət Partiyasının sədri Tahir Kərimli (66 yaş)





up