Rəşad Dağlı ilə bağlı ən son xəbərlər! Ailəsinin yaşadığı evdən reportaj - VİDEO
26-11-2022, 22:55

Tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 9-u Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Dağlı qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.

Noyabrın 19-cu yayılan məlumata görə, Rəşad Dağlı ilə ailə üzvlərinin görüşünə icazə verilib. Görəsən görüş baş tutubmu?

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /müsavat.com/

AZİNFORM.AZ





up