Məşhur aktrisanı qəzəbləndirən hadisə baş verib
25-11-2022, 16:53

Konyada sahibsiz itlərin başına kürəklə vuraraq öldürülməsi məşhur aktrisa Hande Erçeli hiddətləndirib. 

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsinin Sahibsiz Heyvanlara Baxım və Reabilitasiya Mərkəzində bir məmurun iti kürəklə vuraraq ölümünə səbəb olduğu iddia edilən görüntülər sosial mediada reaksiya doğurub.

Məşhur aktrisa Hande Erçel Konyada baş verən bu hadisəyə səssiz qalmayıb. "Hələ gözlərini necə yumursan? Bu vəhşilik! Onlar candır! Nə vicdansızlıqdır, ayıb olsun".





up