Tanınmış həkim, plastik cərrah Səkinə Xudiyeva: "Əməliyyatdan sonra sürətli sağalmaq üçün 7 əsas qayda var"
13-07-2022, 13:53

Hər bir əməliyyatdan olduğu kimi plastik əməliyyatlardan sonrada müəyyən baxım qaydalarına riayət etmək, həyatınızda öyrəşdiyiniz bəzi pis vasitələrdən uzaq durmaq vacibdir. 

Son dövrlər insanların müraciət etdiyi ən aktual əməliyyatlar məhz plastik əməliyyatlardır.  AZİNFORM.AZ-a açıqlama verən tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent, plastik cərrah Səkinə Xudiyeva əməliyyat  sonrası sürətli sağalmaq üçün nələrə riayət etmək lazım olduğu barədə bunları bildirib:

"Əməliyyatdan sonra sürətli sağalmaq üçün 7 əsas qayda var. "Plastik əməliyyatdan sonra reabilitasiya nə qədər davam edəcək?" - potensial xəstələrin plastik cərraha verdikləri  bəlkə də ən çox rast gəlinən sualdır. İki eyni xəstə olmadığı kimi, plastik əməliyyatdan sonra reabilitasiya üçün vahid sxem yoxdur. Şəxsi bərpa planının tərtib edilməsi həmişə plastik cərrahiyyə və kosmetologiyanın birləşməsinin parlaq nəticəyə zəmanət verdiyi yaradıcı bir prosesdir.  Plastik əməliyyatdan sonra reabilitasiyanın məqsədi xəstənin mümkün qədər tez normal həyata qayıtmasına kömək etməkdir. Burada müəyyən edən amil, təkcə cərrahi müdaxilənin mürəkkəbliyi və miqyası deyil, sağlamlıq vəziyyəti, xəstənin bioloji yaşı, xroniki xəstəliklərin və pis vərdişlərin olmasıdır. Xəstələr üçün  əməliyyatdan sonra reabilitasiyaya başlanır. Bu dövrdə xüsusi aparatlar vasitəsilə masajlar həyata keçirilir. Söhbətimizin əvvəlində də dediyim kimi xəstəyə individual müalicə proqramı tətbiq olunur. Bununla yanaşı xəstə özü də müalicə prosesinə dəstək olmaq üçün bu ümumi qaydalara riayət etməli həkimin bütün tapşırıqlarına əməl etməlidir. Ümumi qaydalardan danışdıqda isə bunları deyə bilərəm: 

Doğru qidalanmalısınız

Birincisi, duzlu, hisə verilmiş, şirin, yağlı qidaların istifadəsini məhdudlaşdırmağa dəyər - bu cür qidalar bədəndə suyu saxlayır, yəni şişkinlik artır. Yeri gəlmişkən, qazlı içkilər belə xüsusiyyətlərə malikdir. Bədən üçün lazımlı qidalardan istifadə edərək sağlam qidalanmaq lazımdır.

Sərt hərəkətlər etmək olmaz

Plastik əməliyyatlar insanın sosial həyatını məhdudlaşdırmadığını başa düşmək lazımdır. Ancaq reabilitasiya dövründə özünüzə və sağlamlığınıza daha diqqətli olmaq lazımdır.  Ağır zərbələrdən ekstrim hərəkətlərdən çəkinin. Ağırlıq qaldırmaq əsla olmaz.

Pis vərdişlərdən uzaq olmaq lazımdır

Əgər siz gündəlik həyatınızda spirtli içkilərdən və siqaret eləcə də tütün tərkibli məhsullardan istifadə edirsinizsə müalicə dövründə bunlardan uzaq durmalısınız. Reabilitasiya dövründə əməl etməli olduğunuz ən vacib məsələlərdən biri də budur.

Hərəkət həyatdır!

Əməliyyatınızdan sonra cərrahınızın sizə vaxtaşırı hərəkət etməyi tövsiyə edəcəyinə təəccüblənməyin. Hətta çox yavaş gəzmək qanınızın dövranını təmin edəcək və beləliklə qan laxtalarının əmələ gəlməsinin qarşısını alacaq.

Dənizkənarı əyləncələrə fasilə verin

Həkiminizin məsləhəti ilə müəyyən müddət ərzində uzun müddət günəş altında qalmaqdan, solarium, çimərlik,  sauna və bu kimi buxar hamamlarından imtina etməlisiniz.

İntim həyatda diqqətli olun

Bu məsələdə ciddi məhdudiyyətlər yoxdur. Reabilitasiya dövründə hisslərinizə diqqət yetirməyə dəyər. Əlbəttə ki, əməliyyat olunan ərazidə ağrıya icazə verməyin.

Yuxunu gözardı etmək olmaz

Sağlam həyat tərzi hər zaman vacib olsa da məhz sağalma dövründə xüsusən lazımdır. Yuxunuza diqqət edin, gün ərzində ən az 8 saat yatın.

Sonda onu da qeyd edim ki, müalicə dövründə lazım olan prosedurları, dərman pereparatlarını vaxtında və düzgün istifadə etmək lazımdır. Həkimin bütün tövsiyələrinə uyğunluq əvvəlki həyat tərzinizə qayıtmağa və daha tez sağalmağa imkan verəcəkdir. "

Estetik-Cərrah Səkinə Xudiyeva - Mob: +99470/773358868 / instagram: sakina_dr_







up