"Oğlumun 18, qızımın 10 yaşı olacaq. Oğlum ərköyündür, qızım dərslərini yaxşı oxuyur. Qardaşım yoxdur, ailəmi özüm saxlayıram. Valideynlərimdən heç vaxt nəsə istəməmişəm. 12 yaşımdan toylara gedib, pul qazanmışam".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonağ olduğu "Həmin Zaur" proqramında deyib.
Aparıcı Zaur Kamalın "Xoşbəxt qadınsan?" sualına Dadaşova belə cavab verib:
"Bu qədər tamaşaçı sevgisi qazanmışamsa, xoşbəxtəm. Ürəyim, yarım, ailəm olsaydı, bundan da yaxşı olardı. Mənə kömək edərdi" cavabını verib. Yoldaşından boşanmasına işarə edən aparıcının "Yar bütöv olsaydı, ürək bütöv olsaydı, daha da yüksəklərdə olardın, yoxsa elə belə olmaq yaxşıdır?" sualının cavabında isə müğənni bunları deyib:
"Bundan da yaxşı olardı. Buna əminəm. O daha da çox mənə kömək edərdi".