Türk xalq musiqisinin məşhur ifaçısi Fatih Kısparmak qonaq kimi qatıldığı verilişdə çətin anlar yaşayıb.
AZİNFORM.AZ türk mətbuatına istinadən xəbər verir ki, türkiyəli müğənnilər Sibel Can, Hakan Altuğ və Hüsnü Şənləndiricinin apariciliq etdiyi "Şarkıları Sen Söyle" verilişinin növbəti qonağı Fatih Kısaparmak olub.
10 illdən sonra yeni albom buraxan Fatih Kısaparmak unudulmaz mahnılarını tamaşaçılar ifa edib.
Verlişdə ifaçı müxtəlif süprizlərlə qarşılaşıb. İlk olaraq, Kısaparmak "Mor Salkımlı Sokak" mahnısını söyləyən zaman həyat yoldaşı Şəbnəm Kısaparmak studiyaya daxil olub. Bir qadının onu qucaqlaması ifaçını təəccübləndirib. Arxaya çevrilən Fatih Kısaparmak onu qucaqlayan qadının heyat yoldaşı olduğunu görüb.
Oğlu Kaanın verilişə gəlməsi ustad ifaçı üçün növbəti süpriz olub. Kısaparmak "Bu Adam Benim Babam" mahnısını ifa edərkən oğlu studiyaya daxil olaraq atası ilə birlikdə mahnı oxuyub.