Britaniya koloniyasi olan Zənzibarda çəkilmiş fotodakı bu balacanın adı Farrux Bulsardır.
Lakin sonralar bütün dünya onu Freddi Merkuri adı ilə tanıyacaqdı.
Freddi Merkuri əfsanəvi Rock qrupu “Queen”in solistidir.
“Queen” qrupunun hər kəs tərəfindən sevilən “We were rock you”, “We are the champions”, “Another One Bites the Dust” mahnıları demək olar ki, dillər əzbəridir. Aralarında beynəlxalq futbol yarışlarının belə himni hesab olunan singllar var.
AZİNFORM.AZ bu yazıda 1991-ci ildə vəfat etməsinə baxmayaraq, bu günün özündə belə Rock ulduzu hesab olunan Freddi Merkuri haqqında maraqlı məlumatları təqdim edir.
Musiqi tarixinin ən önəmli adlarından biri olan Freddi Merkuri təkcə mahnıları ilə deyil, üslubu və həyat hekayəsi ilə də daim diqqət çəkib.
Haqqında dolaşan şaiyələr, amansız mühakimələrə baxmayaraq, əsla heç bir şeydə güzəştə getmədi. Sevgisini və həyatını inandığı kimi yaşadı.
“Queen”i tarixin ən tanınmış musiqi qruplarından birinə çevirən, rockun kralı edən məhz Freddi Merkuri olmuşdur. 45 illik həyatında böyük uğurlara imza atan və unudulmaz mahnıları ilə musiqi tarixində silinməz izlər qoymuşdur.
O, 5 sentyabr 1946-cı ildə Zanzibar adasında (indiki Tanzaniyanın bir hissəsi) anadan olub. Valideynləri Bomi və Jer Bulsara Parsi əsilli idi. Olduqca sevgi dolu və qayğıkeş, sənətə önəm verən ailədə kiçik Farrux dayələri və digər köməkçiləri ilə birlikdə kifayət qədər zəngin bir uşaqlıq yaşayıb.
Özündən başqa Kəşmira adlı bacısı olan Fərrux Buslara (Freddi Merkuri) kiçik yaşlarından Hindistanda Müqəddəs Piter adlı özəl məktəbə göndərilir. Burada o, pianoda ifa etməyi öyrənmiş və ilk qrupu olan “The Hectics”ə qoşulmuşdu. Uşaqlığının çox hissəsini Hindistanda keçirən Bulsara 1964-cü ildə Zanzibar inqilabı səbəbindən 17 yaşında ailəsi ilə birlikdə İngiltərəyə mühacirət edir.
Bir sıra musiqiçilərlə dostluq etməsinə yol açan “Ealing” İncəsənət Kollecində təhsil alır. O, gələcək “Queen” dostları ilə tanış olmadan öncə bir neçə başqa qrupla işləmişdi.
Merkuri ağzının arxasında əlavə dörd dişlə doğulub. Buna görə özgüvən problemi yaşamasına baxmayaraq, məşhurlaşmasına səbəb olan simasını buna borcludur. Komplekslərinə baxmayaraq Merkuri heç vaxt dişlərinin düzəldilməsini istəməzdi, çünki cərrahi müdaxilənin onun dörd oktavalıq səs diapazonunu pozacağından narahat idi. Lakin öz görünüşü ilə zarafat etməyi bacaracaq dərəcədə də rahat biri idi. Hətta çox məşhur, bütün dünyada sevilən hit sözləri haqqında “ağzıma gələni sayıqlamışam” “mahnının sözlərində nə demək istəmişəm, özüm də bilmirəm” kimi zarafatları ilə nəinki dostlarının, tanımadığı insanların belə rəğbətini, sevgisini qazanmağı bacarmışdı.
1971-ci ildə basçı Con Dikonla bir araya gələn qrup 1971-ci ilin iyununda ilk konsertini verdi. 1973-cü ildə kvartet "Queen" adlı debüt albomunu buraxdı. Bunun ardınca 1974-cü ildə cəmi bir ay ərzində yazdıqları ikinci albomu olan Queen II çıxdı.
“Seven Seas of Rhye” mahnısının yer aldığı albom qrupun imza harmoniyaları və musiqi üslublarının ilki idi. 1974-cü ildə də yayımlanan “Sheer Heart Attack” ilə əsl populyarlıq qazanan qrup, 1975-ci ildə Operada Gecə ilə daha böyük hit qazandı.
Qrup ən böyük yüksəlişini yarışlarda səslənən “A Day”(1976), “News of the World” (1978) və “The Game” (1980) ilə qazanmışdı. 1984-cü ildə "The Works"dən sonra albom satışları azalmağa başlasa da, rock kralı bütün dünyada izdihamlı dinləyici auditoriyasını özünə cəlb etməyə davam edirdi.
Müğənnilik və mahnı yazma qabiliyyətindən əlavə, Merkuri istedadlı bir komik idi. O, tamaşaçıları əyləndirməyi və onlarla əlaqə qurmağı yaxşı bacarırdı.
Merkuri qrupun bir çox albomlarının bədii tərtibatında da fəal iştirak edib. “Queen”in loqo müəllifi də Freddi idi. Ekstravaqant həyat tərzi ilə də tanınan Merkuri şampan şərabını sevirdi və kolleksiya toplamaqdan da həzz alırdı.
Freddi “Queen”də fəaliyyəti zamanı paralel olaraq, “Mr. Bad Guy” (1985) və “Barselona” (1988) adlı iki solo albom da buraxmışdı. 1987-ci ilin yazında ona QİÇS diaqnozu qoyulsa da, özü xəstəliyi inkar edirdi.
1989-cu ildə nəzərə çarpacaq dərəcədə gözlərdən uzaqlaşan Merkuri “Queen”in növbəti albomunda (“Innuendo”-1991) iştirak etmədi və ya qastrol səfərinə getmədi. Bu dövrdə səhhəti ilə bağlı söz-söhbətlər yayılmağa başladı. 22 noyabr 1991-ci ildə “Queen”in meneceri Jim Beachi Kensinqtondakı evinə dəvət etdi və onlar press-reliz hazırladılar.
O, 1991-ci il noyabrın 24-də həmin press-relizdən bir gün sonra öz evində, ən yaxın dostlarının yanında dünyasını dəyişdi. Ən yaxın dostları məhz “Queen” üzvləri idi. QİÇS-ə bağlı bronxial pnevmoniyadan vəfat edən Merkurinin dəfn mərasiminə zərdüşt keşişi rəhbərlik edirdi.
Merkuri “Kensal Green” qəbiristanlığında yandırılsa da, külünün başına gələnlərlə bağlı müxtəlif şayiələr irəli sürülüb.
Ölümündən əvvəl “Queen”ilə birlikdə studiyada çalışırdı və bu əsərlər 1995-ci ildə qrupun öz üzvləri tərəfindən də paylaşılmışdı.Beləliklə də, onun qrup üzvləri ilə arasında heç bir narazılıq olmadığı, məhz xəstəlik səbəbindən konsert, qastrol səfərlərində iştirak edə bilmədiyi aydın olurdu.
1978-ci ildə "We Are the Champions" ABŞ və Böyük Britaniya qrafiklərinin ilk 10-luğuna daxil idi. Hər iki mahnı idman tədbirlərinin məşhur himnləri kimi yaddaşlara həkk olunub.
“Another One Bites the Dust”
Hər zaman yeni və fərqli səslər kəşf edən “Queen” “Another One Bites the Dust” diskotekası ilə özünü dövrün böyük musiqi trendində sınadı.
“Queen” “David Bowie at Under Pressure”i yaratmaq üçün David Bowie ilə əməkdaşlıq edib. Mahnı Böyük Britaniyada 1-ci yerdə debüt edib.
“Radio Ga Ga”
Queen-in populyarlığı 1980-ci illərin ortalarında azalmağa başlasa da, qrup 1984-cü ildə "Radio Ga Ga" ilə hit əldə etdi. Pop musiqiçisi Ledi Qaqanın səhnə adı məhz bu mahnıdan ilhamlanıb.
Bundan başqa Freddi Merkurinin Şahzadə Diana ilə yaxın dostluq əlaqəsi olduğu bilinirdi. Hətta əfsanəyə çevrilmiş xüsusi bir gecə haqqında xatirələr də var.
Mərhum kraliçanın 1980-ci illərdə dostu Kenny Everett ilə birlikdə London gey pubda bir gecəyə qatıldığı deyilir.
Bu illər ərzində Diananın məşhur Vauxhall meyxanasına səyahəti ətrafında çoxlu şaiyələr var idi. Daha artıq söz-söhbət, diqqət çəkmə olmasın deyə Freddi Şahzadəni bara kişi-gey geyimində keçirmişdi.
Freddi Merkurinin bütün həyatı boyu tək sevgisi və ən yaxın dostu Meri Austin oldu. Rəsmi olaraq evlənməsələr də, Meri 19 yaşında qısa tanışlıqdan sonra birlikdə yaşamağa başlamışdılar. Onlar birlikdə ikən “Queen” də yüksəlməyə davam edirdi. Freddi 1973-cü ildə Meriyə evlilik təklif etmiş, hətta “Love of My Life” mahnısını da ona ithaf etmişdi. Lakin, Merkuri şöhrətin zirvəsinə çatdıqda artıq nələrinsə bitdiyini hiss edən cütlük ayrılmağa qərar verir. Bu zaman Meriyə biseksual olduğunu etiraf edəndə, o Merkuriyə “Yox, Freddi biseksual olduğuna inanmıram. Məncə elə sən homoseksualsan”-deyir. Freddi özü də bu durumu qəbul edəcək və gizlətməyəcəkdi. Hətta 70-ci illərin sonunda verdiyi reportajların birində “bir nərgiz qədər geyəm, canım” demişdi.
Ayrılıqdan sonra da bir-birinə yaxın evlərdə yaşadılar. Meri evlənib 2 övladı oldu, Freddi isə Jim Hutton ilə 7 illik münasibət yaşadı. Hər ikisi onun ən yaxın dostu olmuşdu. Məşhur sənətçi vəfat edərkən həm Meri, həm Jim onun yanında idilər.
Uzun müddət xəstəlik diaqnozuna məhəl qoymayan, özünü buna inandırmamağa çalışan, bu barədə danışıb dostlarını kədərləndirmək istəməyən Freddi, 1991-ci ilin noyabrında İsveçrə səfərindən qayıtdıqdan sonra dərmanlarını qəbul etməyi dayandırmışdı. Buna qədər o, səhhətindəki ağrılı və ağır çöküş səbəbiylə həyatının son iki ilini medianın diqqətindən yayınmaq üçün təkliyə çəkilmişdi. Çünki media nümayəndələri hər zaman çox amansız idilər, xəstəliyi ilə bağlı xoşagəlməz rəylər səbəbindən həyatının son gününə qədər onun üçün ən əziz olan insanları qorumaq üçün əlindən gələni etdi.
Bir dəfə, o ayağındakı yaranı “Queen” dostlarından birinə göstərərkən ondan “Brayan, bağışla ki, səni incidirəm” deyə üzr də istəmişdi.
Ölüm xəbərini işıqlandırmaq üçün gələn jurnalistlər onun son nəfəsində sinəsinin üstünə qoyub gözlərini yumduğu deyilən “Queen” ailəsi ilə fotosundan çox təsirlənmişdilər.
Merinin onun həyatında əvəzolunmaz yeri və tək gerçək sevgisi olduğunu deyən Freddi ölərkən onu öz varisi etmişdi: bütün pulları, evi və müəllif haqlarının hamısı Meriyə verilmişdi. /sfera.az/