Məşhur rejissor Ceyms Qann yeddi illik münasibətdən sonra 34 yaşlı aktrisa Cennifer Hollandla evlənib.
AZİNFORM.AZ xəbər verir ki, toy dağlarda cütlüyün yaxınları və dostlarının əhatəsində baş tutub. Bu barədə sosial media hesabında paylaşım edən 56 yaşlı Ceyms "Nəhayət həyatımın sevgisi ilə evləndim" deyə, yazıb. O, özəl günlərindən olan fotoları da izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, cütlük bu ilin fevralında nişanlanmışdı. Ceyms "Qalaktikanın keşikçiləri" adlı ekran işi ilə məşhurlaşıb.





Facebook
Вконтакте
Одноклассники
Google+