Son sutkada Azərbaycanda koronavirusdan ölən olmayıb
25-08-2022, 22:01

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

AZİNFORM.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 810 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 627 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 614, bu günə qədər isə ümumilikdə 7 135 151 test icra olunub.





up