Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 710 yoluxma faktı qeydə alınıb
17-08-2022, 23:35

 Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 710 yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZİNFORM.AZ-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 806 min 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 793 min 268 nəfər müalicə olunaraq sağalıb, 9 min 777 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 427 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 852, bu günə qədər isə ümumilikdə 7 milyon 106 min 376 test icra olunub.





up