Uşaqlar arasında naməlum HEPATİT yayılır - ÖLDÜRÜCÜDÜR
13-07-2022, 22:19

Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb. 

İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 mümkün hepatit xəstəsi olub. Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda xəstələrin də SARS-CoV-2 koronavirusuna yoluxduğu aşkarlanıb, lakin xəstəliklər arasında əlaqə hələ müəyyən edilməyib.

Xatırladaq ki, İyunun 26-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsi meymun xəstəliyinin yayılması ilə bağlı vəziyyəti qiymətləndirərək onu “fövqəladə vəziyyət” adlandırıblar.  /lent.az/

AZİNFORM.AZ





up