Bill Qeytsin proqnozu düz çıxdı, Britaniyada "meymun çiçəyi" virusu yayılır
16-05-2022, 14:00

Böyük Britaniyada 2 nəfərdə meymun çiçəyi xəstəliyi qeydə alınıb. NHS-nin məlumatına görə, meymun çiçəyi nadir bir viral infeksiyadır və əksər insanlar bir neçə həftə ərzində sağalırlar. Meymun xəstəliyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir.


Agentlikdən verilən məlumata görə iki yeni hadisədən biri Londondakı “St. Mary” Xəstəxanasında müalicə alır, digəri isə təcrid olunub.

Bu dəfə yoluxanlar 7 mayda yoluxanlarla təmasda olmayıb. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) araşdırmalarına görə Nigeriyaya bu yaxınlarda səfər etmiş bir şəxsin infeksiyaya yoluxduğu bildirilib. Onlar eyni zamanda qeyd edirlər ki, ictimaiyyət üçün ümumi risk çox aşağı olaraq qalır.
Agentlik meymun çiçəyi xəstəliyinin sağaldığını, lakin bəzi insanlarda ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayır.

Əgər meymun çiçəyi daha 10 nəfərdə aşkarlansa, bu Britaniya hökumətini təcili tədbirlər görməyə vadar edəcək. /qazet.az/


AZİNFORM.AZ





up