Qanazlığına qarşı faydalı QİDALAR
28-06-2023, 08:21

Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hiss etmək, başın hərlənməsi qan azlığından xəbər verən əlamətlərdir. Xəstəlik böyüklərlə yanaşı uşaqlar arasında da geniş yayılıb. Qan azlığının yaranma səbəbləri isə fərqlidir.

Həkim-hematoloq Mireldar Babayevin sözlərinə görə, xəstəlik irsi faktorlarla əlaqədardırsa, ömür boyu davam edir:

"Məsələn, talassemiya xəstəliyi. Təəssüf ki, bu xəstəlik ölkəmizdə geniş yayılıb və onun kökündə qohum nikahı dayanır. Qohum evliliklərindən dünyaya gələn uşaq bəzən xəstə doğulur və onda xəstəliyin ilk əlaməti qan azlığı olur”.

Çuğundur, qan artıran ən faydalı qidalar arasında ilk sıralarda gəlir. Çuğunduru həm çiy, həm də bişmiş halda yemək faydalıdır.
Portağal, yumurta, alma, toyuq, qaysı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, qanazlığının qarşı faydalı qidalardır.

Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyə bilərsiniz.
B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığına qarşı effektiv qidalardır. 

Qan azlığı xəstəliyi uşaqlarda vaxtında aşkarlanmadıqda və müalicə olunmadıqda ürək-damar çatışmazlığı, qaraciyər və dalaqda qan ocaqlarının yaranması kimi ciddi fəsadlara səbəb olur. Bunun üçün ilk növbədə uşaqlara 1 yaşına qədər inək südü verilməməlidir. Həmçinin yuxu rejimi də çox vacibdir.





up