Türkiyəli diyetoloq Merve Altay oruc tutanların iftar zamanı nələrə diqqət etməsiylə bağlı vacib məqamları açıqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, diyetoloq iftardan sonra yuxunun gəlməsini belə izah edib:
Yeməklərdə yuxu gətirən məhsullar olur. Şorbanın içində unun olması insana yuxu gətirir. Ona görə də 3-4 dəqiqə gözləmək lazımdır.
Digər tərəfdən həkim oturan kimi çox yemək yeməməyin vacibliyinə də toxunub.
Həkim diyetoloq bu məsələdə bir kasa qatığa zərdəçal (sarıkök) və zəncəfil qatıb yeməyin əhəmiyyətini xüsusi vurğulayıb.